Azərbaycan Beynəlxalq Bankında dəmiryolu işçiləri üçün kredit kampaniyası


Digərləri 10 Okt 2019 15:45:00 290 0

Azərbaycan Beynəlxalq Bankında dəmiryolu işçiləri üçün kredit kampaniyası

Azərbaycan Beynəlxalq Bankı 13 oktyabr Dəmiryolu İşçilərinin Peşə Bayramı Günü münasibətilə dəmiryolçulara özəl kredit kampaniyasına start verib. Bankın əmək haqqı kartına malik hər bir dəmiryolu işçisi oktyabrın 10-dan 17-ə qədər davam edəcək kampaniya müddətində nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankından endirimli şərtlərlə ala bilər.

Kampaniyanın özəllikləri:

•  Kreditin məbləği - 20.000 manatadək

•  Kreditin müddəti - 48 ayadək

•  İllik faiz dərəcəsi - 18%-dən başlayaraq

•  Kredit 15000 manata qədər olduqda - ZAMİNSİZ