Bakıda 7 kilometrlik velosiped yolunun yaradılması üzrə işlər başlayıb (FOTO)


Digərləri 10 Okt 2019 15:46:00 251 0

Bakıda 7 kilometrlik velosiped yolunun yaradılması üzrə işlər başlayıb (FOTO)

Bakıda Puşkin küçəsinin bir hissəsində (100-150 metr) 7 kilometrlik velosiped yolunun yaradılması üzrə işlər başlayıb

Bakı. Kəmalə Məmmədli - Bakıda Puşkin küçəsinin bir hissəsində (100-150 metr) 7 kilometrlik velosiped yolunun yaradılması üzrə işlər başlayıb. Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, bu işlər başa çatdıqdan sonra velosiped yolu layihəsinə Bakının mərkəzi küçə və prospektləri qatılacaq: “Bura Bülbül prospekti, eləcə də Dənizkənarı Milli Park istiqamətində digər küçələr daxil olacaq”.