İzzət efirdə oğluna ad günü keçirdi


Şou-biznes 10 Okt 2019 15:36:00 404 0

İzzət efirdə oğluna ad günü keçirdi

Müğənni İzzət Bağırov oğlunun ad gününü canlı efirdə qeyd edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, dünən "5-də 5" proqramında böyük oğlu Əlinin 10 yaşının tamam olduğunu bildirib.

İfaçı övladının incəsənətə marağının olduğunu söyləyib: "Oğlumun sevdiyi müğənnilər Cin, Ramin Nabran və Əhməd Mustafayevdir. Bu tərzdə ifaları sevir. İstəmirəm ki, oğlanlarım müğənni olsun".

İzzət daha sonra oğlu Mehdidən söhbət açıb: "Mehdi artıq sənətini seçib, cüdo ilə məşğuldur. Artıq gələn ay İrana yarışa gedəcək. 7 yaşı var".