Balakəndə yararsız at ətinin satışının qarşısı alınıb (FOTO)


Digərləri 10 Okt 2019 15:33:00 254 0

Balakəndə yararsız at ətinin satışının qarşısı alınıb (FOTO)

Balakən şəhəri Tofiq Quliyev küçəsində yaşayan Çonpuzov Elgün Zeynəddin oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Balakən şəhəri Tofiq Quliyev küçəsində yaşayan Çonpuzov Elgün Zeynəddin oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib. AQTA-dan Trend-ə verilən məlumata görə, baxış zamanı vətandaş Çonpuzov Elgün Zeynəddin oğlunun həyətyanı sahəsində qanunsuz və antisanitar şəraitdə kəsimi həyata keçirilən, təxmini çəkisi 64 kq olan at cəmdəyi aşkar edilib. Heyvan cəmdəyinə baxış keçirilən zaman onun bakterioloji çirklənməyə məruz qaldığı şübhəsi yaranıb. Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.