Qırğızıstan Prezidenti və xarici işlər naziri Azərbaycana gələcək


Siyasət 10 Okt 2019 15:27:00 302 0

Qırğızıstan Prezidenti və xarici işlər naziri Azərbaycana gələcək

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və xarici işlər naziri Çingiz Aydarbekov Azərbaycana səfər edəcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Qırğızıstanın Bakıdakı səfirliyindən bildiriblər.

Məlumata əsasən, onlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək.

Oktyabrın 14-15-də keçiriləcək sammitdə türkdilli ölkələrin Ticarət-Sənaye Palatasının və Birgə İnvestisiya Fondunun yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır.