Deputat: "Qarabağ Azərbaycandır" şüarı altında ümumxalq yürüşü keçirilməlidir


Digərləri 10 Okt 2019 15:00:00 279 0

Deputat: "Qarabağ Azərbaycandır" şüarı altında ümumxalq yürüşü keçirilməlidir

Bütün Azərbaycan cəmiyyəti "Qarabağ Azərbaycandır" hərəkatı ətrafında birləşməlidir.

Bakı. İlhamə İsabalayeva - Bütün Azərbaycan cəmiyyəti "Qarabağ Azərbaycandır" hərəkatı ətrafında birləşməlidir. Trend-in məlumatına görə, bunu “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən dəyirmi masada Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, bu şüar altında ümumxalq yürüşü keçirilməlidir: "Azərbaycan bayrağı altında Bakının hansısa nöqtəsindən yürüş edilə bilər. Bununla iradəmizi orataya qoyub, Prezidentin yanında olduğumuzu göstərməliyik".