Azərbaycan və Türkiyə preferensial ticarət barədə saziş imzalaya bilər


Siyasət 10 Okt 2019 14:42:00 269 0

Azərbaycan və Türkiyə preferensial ticarət barədə saziş imzalaya bilər

Azərbaycan və Türkiyə preferensial ticarət barədə sazişin layihəsini hazırlayır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, bu cür saziş artıq Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında imzalanıb. Bu sazişə əsasən Naxçıvan MR-dən Türkiyəyə məhsullar güzəştli şərtlərlə tədarük olunacaq.

Nazir müavini əlavə edib ki, Naxçıvan MR-in blokada vəziyyəti ilə əlaqədar regionun iqtisadiyyatı Azərbaycanın ümumi iqtisadiyyatından fərqlənir:

"Bununla əlaqədar olaraq yeni sazişin özünəməxsus xüsusiyyətləri olacaq".