Əli Əhmədov: Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya "Qarabağ Azərbaycandır" olmalıdır


Digərləri 10 Okt 2019 14:41:00 79 0

Əli Əhmədov: Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya "Qarabağ Azərbaycandır" olmalıdır

Dağlıq Qarabağ münaqişəsi nizama salınana qədər Azərbaycan cəmiyyətində əsas birləşdirici ideya "Qarabağ Azərbaycandır" olmalıdır.

Bakı. İlhamə İsabalayeva - Dağlıq Qarabağ münaqişəsi nizama salınana qədər Azərbaycan cəmiyyətində əsas birləşdirici ideya "Qarabağ Azərbaycandır" olmalıdır. Trend-in məlumatına görə, bunu “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən dəyirmi masada Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin "Valday" Beynəlxalq Diskusiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və Nida" bəyanatı ölkədə milli ideyanın formalaşması səviyyəsinə qalxmaqdadır. YAP rəsmisi qeyd edib ki, ölkə başçısı Soçidə bu bəyanatı səsləndirməklə bir çox ünvanlara çox ciddi mesajlar göndərib: "Bunun birincisi Ermənistan cəmiyyəti və rəhbərliyidir. İkincisi beynəlxalq təşkilatlardır ki, Dağlıq Qarabağ münaqişəsinin bizama salınması ilə əlaqədar vasitəçilik missiyasını öz üzərinə götürüblər. Bu mesajın digər ünvanı Azərbaycan cəmiyyətidir. Azərbaycan cəmiyyətinə çatdırılan mesajın mahiyyəti milli ruhun yüksəldilməsindən ibarətdir. Eyni zamanda bütün cəmiyyətin birliyini təmin edən ideyanın formalaşması məqsədi güdülür". Ə.Əhmədov hesab edir ki, münaqişənin həlli ilə bağlı hazırkı danışıqlar prosesində iştirak edən tərəflər bəllidir: "Bu tərəflərdən biri də Ermənistandır. Ermənistanın konstruktiv mövqeyinin olması danışıqlar prosesini normal aparılmasının vacib şərtlərindən biridir. Əgər Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirəcəksə, beynəlxalq təşkilatlar, vasitəçilər danışıqlar prosesi ilə bağlı mövqeyində ciddi düzəlişlər etməlidirlər". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
“Elə bil ki, türmədəyik...” like
  • 10 Okt 14:37  
Şou-biznes “Elə bil ki, türmədəyik...”

"Maşın" realiti-şousunun doqquzuncu günündə iştirakçılarla me

arrow Ətraflı
Dibala etiraf etdi - yayda Juventus-dan ayrılmaq istəyib like
  • 10 Okt 14:34  
İdman Dibala etiraf etdi - yayda Juventus-dan ayrılmaq istəyib

Juventus-un futbolçusu Paulo Dibala açıqlama ver

arrow Ətraflı
Ramiz Rövşən Nanəyə hədiyyə etdiyi kitaba bu sözləri yazıb  FOTO like
  • 10 Okt 14:33  
Digərləri Ramiz Rövşən Nanəyə hədiyyə etdiyi kitaba bu sözləri yazıb FOTO

Xalq şairi Ramiz Rövşən ATV-də yayımlanan "Şou ATV" verilişini

arrow Ətraflı
Rihanna ərəb sevgilisindən uşaq istəyir like
  • 10 Okt 14:28  
Digərləri Rihanna ərəb sevgilisindən uşaq istəyir

Müğənni Rihanna "Vogue" dərgisinin yeni buraxılışının siması

arrow Ətraflı
Azərbaycanda məscid və dini məbədlərə verilən təbii qazın limiti açıqlanıb like
  • 10 Okt 14:25  
Digərləri Azərbaycanda məscid və dini məbədlərə verilən təbii qazın limiti açıqlanıb

Qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii q

arrow Ətraflı
Sırğalı oğlunuzun, xaç taxan, ayaqlarına halqa bağlayan qızınızın olmasını istərdinizmi? like
  • 10 Okt 14:24  
Digərləri Sırğalı oğlunuzun, xaç taxan, ayaqlarına halqa bağlayan qızınızın olmasını istərdinizmi?

Qadına qarşı zorakılığı xortlatmaq istəyənlərin məqsədi nədir? Hər

arrow Ətraflı
"Sənə enerji yükləyəcəm" deyib, like
  • 10 Okt 14:15  
Digərləri "Sənə enerji yükləyəcəm" deyib,

"Survivor" yarışmacısı Ecem Karaağaçı istismar edən fırıldaq

arrow Ətraflı
Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub (FOTO) like
  • 10 Okt 14:14  
Digərləri Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub (FOTO)

Bakıda fəaliyyət göstərən Rus Kitab Evində oxuculara tarix, detektiv, psi

arrow Ətraflı
Reket jurnalistlərin bu dəfəki hədəfi uşaq bağçalarıdır like
  • 10 Okt 14:14  
Sosial Reket jurnalistlərin bu dəfəki hədəfi uşaq bağçalarıdır

Son günlər “cırtdan saytlar” dediyimiz bir neçə resursda Binəqədi ray

arrow Ətraflı