"Azərbaycanda mülki sahədə istifadə olunan pilotsuz uçan aparatların idarə olunması mərkəzinin yaradılması vacib idi"


Siyasət 10 Okt 2019 13:50:00 52 0

"Azərbaycanda mülki sahədə istifadə olunan pilotsuz uçan aparatların idarə olunması mərkəzinin yaradılması vacib idi"

Azərbaycanda mülki sahədə istifadə olunan pilotsuz uçan aparatların (PUA) idarə olunması mərkəzinin yaradılması çox vacib idi.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, bu sahənin tənzimlənməsi Azərbaycan üçün əhəmiyyətlidir: "Bu məsələ hətta 2018-ci ildə Azərbaycanda PUA-ların idxalı ilə bağlı keçirilən dəyirmi masada da əsas mövzulardan olub. Bu prosesdə bir sıra razı və narazı kütlə var. Əsas məqam ondan ibarətdir ki, bu PUA-lar niyə ölkəyə gətirilir və hansı istiqamət üzrə istifadə olunacaq?! Yəni bu aparatların ölkəyə gətirilməsinin səbəb və məqsədi nədir?! Əgər PUA-ların istifadəsini kateqoriyalara bölsək, həmin aparatlar bir neçə istiqamət üzrə istifadə olunur. Oyuncaq dronlar var ki, bu qurğular keçmiş sovet dönəmində də olub. Digər bu tip qurğular peşəkar səviyyədə toy və ziyafət çəkilişlərində, təntənəli tədbirlərin çəkilməsində istifadə olunur. Bəziləri bu aparatlardan sadəcə özləri üçün əyləncə vasitəsi kimi istifadə edirlər.

Bu prosesdə aparatların uçma yüksəkliyi də əsas götürülür - 120 metrdən çox yüksəklikdə və həmin məsafəyə qədər uçan qurğular var. Ümumiyyətlə, dünya təcrübəsində heç bir şəhərin üzərində pilotsuz uçuş aparatının uçmasına icazə verilmir. Hətta insanların kütləvi olduğu ərazilərdə də bu qurğuların uçması qadağandır".

Ekspert qeyd edib ki, Avropa təcrübəsində də bu aparatların nəzarətsiz uçmasına qadağa qoyulub: "Bu il may ayının 24-də Avropada həmin dronların uçması ilə bağlı qaydalar tətbiq olunub. Bu qaydalarda pilotsuz uçan aparatların istifadə yerləri və qaydaları müəyyən edilib ki, həmin aparatlar harada, necə və hansı məsələ ilə əlaqədar istifadə edilə bilər. Qaydalara görə, pilotsuz uçan aparatların hərbi istiqamətdə, əyləncə xarakterli, eləcə də uşaq oyuncaqlarının istifadəsində ayrı-ayrı qaydalar var. Yeni qaydalarda pilotsuz uçan aparatın sahibi də, həmin aparatın özü də qeydiyyata alınır".

A.Nağıyev bildirib ki, Azərbaycanda pilotsuz uçan aparatların istifadəsi üçün hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumların razılığı ilə lisenziya alınmalıdır: "Azərbaycan müharibə şəraitində olduğuna görə, bizdə bu məsələlərə bir az ciddi nəzarət olunur. Qeyd edim ki, son vaxtlar müxtəlif cinayətkar qruplar, terror təşkilatları böyük hava limanlarında, əhalinin sıxlıq təşkil etdiyi ərazilərdə təxribat törətmək üçün bu qurğulardan istifadə ediblər. London Hava Limanında, "Qarabağ" komandasının sonuncu oyununda bu cür təxribat xarakterli hadisələrin törədilməsini buna misal çəkmək olar. Ona görə də Azərbaycanda bu cür hadisələrin baş verməməsi üçün sözügedən məsələnin tənzimlənməsi çox vacibdir. Ümumilikdə, bu qurğuların harada, hansı şəraitdə və nə məqsədlə istifadəsi nəzarətə götürülməlidir".

Azərbaycanda 345 sahibkarlıq subyektinə investisiyaların təşviqi sənədi verib like
  • 10 Okt 13:47  
Digərləri Azərbaycanda 345 sahibkarlıq subyektinə investisiyaların təşviqi sənədi verib

Azərbaycan İqtisadiyyat Nazirliyi bu günədək 345 sahibkarlıq subyektinə i

arrow Ətraflı
Aparıcının 4 yaşlı oğlu canlı yayımda anasını pərt etdi  VİDEO  FOTO like
  • 10 Okt 13:38  
Digərləri Aparıcının 4 yaşlı oğlu canlı yayımda anasını pərt etdi VİDEO FOTO

Bir müddət əvvəl BBC-nin efirində baş verən maraqlı anlar bu dəfə &quo

arrow Ətraflı
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb like
  • 10 Okt 13:37  
Digərləri Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Oktyabrın 9-dan 10-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət

arrow Ətraflı
72 yaşlı nazir bıçaqlandı like
  • 10 Okt 13:34  
Dünya 72 yaşlı nazir bıçaqlandı

İndoneziyanın siyasət, ədliyyə və təhlükəsizlik məsələləri üzrə

arrow Ətraflı
Macarıstan - Azərbaycan matçının hakimləri açıqlandı like
  • 10 Okt 13:33  
İdman Macarıstan - Azərbaycan matçının hakimləri açıqlandı

Avro-2020-nin seçmə mərhələsinin Macarıstan - Azərbaycan oyunu &uum

arrow Ətraflı
Belarus xarici işlər nazirinin müavini Azərbaycan səfər edəcək like
  • 10 Okt 13:32  
Digərləri Belarus xarici işlər nazirinin müavini Azərbaycan səfər edəcək

Belarus parlamenti aşağı palatasının sədri Vladimir Andreyçenko və xaric

arrow Ətraflı
Uşaq kanalının aparıcısı həbs olundu like
  • 10 Okt 13:29  
Dünya Uşaq kanalının aparıcısı həbs olundu

Britaniyanın uşaqlar üçün nəzərdə tutulan "BBC kids" kanalın

arrow Ətraflı
Avstriyada hava limanı yaxınlığında partlayış - Yaralılar var like
  • 10 Okt 13:27  
Digərləri Avstriyada hava limanı yaxınlığında partlayış - Yaralılar var

Avstriyanın Lints şəhərində hava limanı yaxınlığında partlayış baş

arrow Ətraflı
Nardaranda əməliyyat like
  • 10 Okt 13:25  
Kriminal Nardaranda əməliyyat

Nardaran qəsəbə sakinindən tüfəng götürülüb.

arrow Ətraflı
Turizm biznesinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib (FOTO) like
  • 10 Okt 13:17  
Digərləri Turizm biznesinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib (FOTO)

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin

arrow Ətraflı
Azərbaycan və Türkiyə arasında yeni əməkdaşlıq protokolu imzalandı like
  • 10 Okt 13:15  
Digərləri Azərbaycan və Türkiyə arasında yeni əməkdaşlıq protokolu imzalandı

"Sumqayıt Kimya Sənaye Parkı" MMC, İqtisadiyyat Nazirliyinin İqti

arrow Ətraflı
Azərbaycan və Türkiyə preferensial ticarət barədə saziş imzalaya bilər like
  • 10 Okt 13:11  
Digərləri Azərbaycan və Türkiyə preferensial ticarət barədə saziş imzalaya bilər

Azərbaycan və Türkiyə preferensial ticarət barədə sazişin layihəsini ha

arrow Ətraflı
Noyabrda iqtisadi əməkdaşlıq üzrə AzərbaycanGürcüstan komissiyasının iclası keçiriləcək like
  • 10 Okt 13:11  
Digərləri Noyabrda iqtisadi əməkdaşlıq üzrə AzərbaycanGürcüstan komissiyasının iclası keçiriləcək

Bu ilin noyabrında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan komis

arrow Ətraflı