Arzu Nağıyev: Azərbaycanda mülki sahədə istifadə olunan pilotsuz uçan aparatların idarə olunması mərkəzinin yaradılması vacib idi


Digərləri 10 Okt 2019 13:43:00 331 0

Arzu Nağıyev: Azərbaycanda mülki sahədə istifadə olunan pilotsuz uçan aparatların idarə olunması mərkəzinin yaradılması vacib idi

Azərbaycanda mülki sahədə istifadə olunan pilotsuz uçan aparatların (PUA) idarə olunması mərkəzinin yaradılması vacib idi.

Bakı. Samir Əli - Azərbaycanda mülki sahədə istifadə olunan pilotsuz uçan aparatların (PUA) idarə olunması mərkəzinin yaradılması çox vacib idi. Bunu Trend-ə açıqlamasında politoloq Arzu Nağıyev deyib. Onun sözlərinə görə, bu sahənin tənzimlənməsi Azərbaycan üçün əhəmiyyətlidir: "Bu məsələ hətta 2018-ci ildə Azərbaycanda PUA-ların idxalı ilə bağlı keçirilən dəyirmi masada da əsas mövzulardan olub. Bu prosesdə bir sıra razı və narazı kütlə var. Əsas məqam ondan ibarətdir ki, bu PUA-lar niyə ölkəyə gətirilir və hansı istiqamət üzrə istifadə olunacaq?! Yəni bu aparatların ölkəyə gətirilməsinin səbəb və məqsədi nədir?! Əgər PUA-ların istifadəsini kateqoriyalara bölsək, həmin aparatlar bir neçə istiqamət üzrə istifadə olunur. Oyuncaq dronlar var ki, bu qurğular keçmiş sovet dönəmində də olub. Digər bu tip qurğular peşəkar səviyyədə toy və ziyafət çəkilişlərində, təntənəli tədbirlərin çəkilməsində istifadə olunur. Bəziləri bu aparatlardan sadəcə özləri üçün əyləncə vasitəsi kimi istifadə edirlər. Bu prosesdə aparatların uçma yüksəkliyi də əsas götürülür - 120 metrdən çox yüksəklikdə və həmin məsafəyə qədər uçan qurğular var. Ümumiyyətlə, dünya təcrübəsində heç bir şəhərin üzərində pilotsuz uçuş aparatının uçmasına icazə verilmir. Hətta insanların kütləvi olduğu ərazilərdə də bu qurğuların uçması qadağandır".