Macarıstan - Azərbaycan matçının hakimləri açıqlandı


İdman 10 Okt 2019 13:33:00 337 0

Macarıstan - Azərbaycan matçının hakimləri açıqlandı

Avro-2020-nin seçmə mərhələsinin Macarıstan - Azərbaycan oyunu üçün hakim təyinatları açıqlanıb.

Goal.az-ın məlumatına görə, matçın baş hakimi Hollandiya Futbol Federasiyasından Dennis Higler olacaq. Ona Yohan Balder və Joost van Zuilen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bas Nijhuis yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 13-ü Budapeştdəki "Groupama Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.