Azərbaycanda texnolgiya parkı və sənaye məhəllələrində layihələrə 3,4 milyard dollar investisiya qoyulub


Digərləri 10 Okt 2019 13:02:00 314 0

Azərbaycanda texnolgiya parkı və sənaye məhəllələrində layihələrə 3,4 milyard dollar investisiya qoyulub

Azərbaycanda texnolgiya parkı və sənaye məhəllələrinin rezidentləri tərəfindən reallaşdırılan layihələrə qoyulan investisiyaların həcmi 3,8 milyard dollar dəyərləndirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Standartların tətbiqi: Azərbaycan və Türkiyənin əməkdaşlığı" konfransında deyib.

Onun sözlərinə görə, bu günədək rezidentlər reallaşdırılan layihələrə 3,4 milyard dollar investisiya qoyub:

"Bu günədək Azərbaycanda 9 sənaye parkı və məhəlləsi yaradılıb, burada 82 rezident qeydiyyata alınıb".