Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinə start verilib (FOTO)


Digərləri 10 Okt 2019 12:52:00 274 0

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinə start verilib (FOTO)

Bədii gimnastika üzrə dünya çempionatından qısa bir müddət sonra Milli Gimnastika Arenası bu növ üzrə yerli yarışlara ev sahibliyi edir.

Bakı. Bədii gimnastika üzrə dünya çempionatından qısa bir müddət sonra Milli Gimnastika Arenası bu növ üzrə yerli yarışlara ev sahibliyi edir. Bu dəfə bədii gimnastika təmsilçilərinə aerobika gimnastları da qoşulacaqlar. Trend-in məlumatına görə, oktyabrın 10-da bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib. Dörd günlük yarışda gimnastlar gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar. Çempionatın birinci günündə balaca gimnastlar alətsiz, halqa və gürzlərlə proqramlarını təqdim edirlər.