Alman futbolçu yeni rekord müəyyənləşdirdi


İdman 10 Okt 2019 12:50:00 344 0

Alman futbolçu yeni rekord müəyyənləşdirdi

Almaniya millisinin futbolçusu Serj Qnabri yeni rekord müəyyənləşdirib.

Goal.az-ın məlumatına görə, o, buna Argentina ilə yoldaşlıq görüşündə nail olub.

Matçda hesabı açan 24 yaşlı vinger yığmada keçirdiyi ilk 11 oyunda qollarının sayını 10-a çatdırıb. Qnabri bununla Miroslav Klozeyə məxsus uğurlu start rekordunu yeniləyib. Belə ki, Kloze millidə ilk 13 oyunda 10 qol vura bilmişdi.

Qeyd edək ki, Almaniya - Argentina matçı 2:2 hesabı ilə başa çatıb.