Paşinyan xalqı belə aldadır


Dünya 10 Okt 2019 12:39:00 299 0

Paşinyan xalqı belə aldadır

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni zirehli avtomobilinin qiyməti 290 min dollardan artıqdır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ermənişünas alim İsmayıl Tanrıverdi erməni mənbələrinə istinadən yazıb.

"Öz başında kasıblığın öhdəsindən gəldiyini düşünən Baş nazir Nikol Paşinyan son zamanlar dövlətin hesabına özünün və ailə üzvlərinin lüks həyatına daha çox üstünlük verir", - İ.Tanrıverdi bildirib.

Onun sözlərinə görə, Paşinyan bu yaxınlarda ABŞ-a səfəri zamanı super bahalı təyyarə kirayələyib.

İ.Tanrıverdi qeyd edib ki, həmin təyyarədən yalnız bir tərəfli uçuş üçün istifadə Ermənistanın dövlət büdcəsinə 330 min dollara başa gəlib.