U-21: Fransa və Azərbaycan yığmaları qarşılaşacaqlar


İdman 10 Okt 2019 12:20:00 288 0

U-21: Fransa və Azərbaycan yığmaları qarşılaşacaqlar

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Goal.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Fransa yığmasının qonağı olacaq. Kale şəhərindəki “Stade de l'Epopee” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı portuqaliyalı Antoniu Nobrenin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

İkinci qrupda yer alan Azərbaycan millisi keçirdiyi 3 oyundan 1-də qalib gəlib. Səfərdə Lixtenşteynə 1 cavabsız qolla uduzan komanda, evdə Slovakiyanı 2:1 hesabı ilə üstələsə də, ardınca Gürcüstanla bacarmayıb – 0:3. Fransızlar isə qrupda ilk görüşlərinə çıxacaqlar.