Komitə sədri: Bu il 3700-dən çox məcburi köçkünə mənzil veriləcək
Digərləri 10 Okt 2019 12:12:00 318 0
Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının icra katibliyində mətbuat konfransı keçirib.
Bakı. Samir Əli -
Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının icra katibliyində mətbuat konfransı keçirib.
Trend-in məlumatına görə, komitə sədri qeyd edib ki, Qobu-Park yaşayış kompleksində birinci mərhələdə 1026, ikinci mərhələdə isə 1300 ailə mənzillə təmin olunub.
Onun sözlərinə görə, bu il 3700-dən çox məcburi köçkünə mənzil veriləcək. Bununla yanaşı, Şirvanda 300 ailəyə mənzil veriləcək, Beyləqanda 146 fərdi ev tikilir. Göyçayda, Göygöldə və Kürdəmirdə qəsəbə istifadəyə veriləcək. Mənzillərin paylanması üçün komissiya fəaliyyət göstərir.
Mənbə: az.trend.az