Qonşusunu öldürdü, meyitini 6 il divarda gizlətdi


Digərləri 10 Okt 2019 11:56:00 253 0

Qonşusunu öldürdü, meyitini 6 il divarda gizlətdi

ABŞ-ın Kaliforniya ştatında qorxunc qətlin üstü açılıb.

Bakı. ABŞ-ın Kaliforniya ştatında qorxunc qətlin üstü açılıb. Trend-in məlumatına görə, qətl Los Anceles şəhərində baş verib. Şəhər sakini Reyven Kempbell 2009-cu ildən itkin düşmüş kimi qeydə alınıb. 2015-ci ildə onun ailəsinə daxil olan anonim zəngdən sonra ailə polisin köməyi ilə yenidən araşdırmalara başlayıb. Anonim zəng bina sakini tərəfindən olunub və deyilib ki, həmin şəxsin meyiti yaşadığı mənzilin divarında gizlədilib. Polis həqiqətən itən şəxsin meyitini divara hörülmüş şəkildə tapıb. Qonşular isə çürümüş meyit qoxusuna görə belə qənaətə gəliblər.