BakıQuba yolunda minik avtomobili yük maşınlarının arasında qaldı:


Digərləri 10 Okt 2019 11:47:00 325 0

BakıQuba yolunda minik avtomobili yük maşınlarının arasında qaldı:

Bakı-Quba yolunda ağır yol qəzası baş verib. 

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində (Xızı rayonu ərazisindən keçən hissəsində) qeydə alınıb. İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib. 

Faktla bağlı araşdırma aparılır.