Kiyevdə azərbaycanlı həmyerlisini öldürdü


Kriminal 10 Okt 2019 11:28:00 268 0

Kiyevdə azərbaycanlı həmyerlisini öldürdü

Kiyevdə 23 yaşlı Azərbaycan vətəndaşı həmyerlisini bıçaqlayaraq öldürüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Kiyev prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, hadisədən sonra o, cəsədi yandırmaq istəsə də, buna nail olmayıb. 

Bina sakinləri evdən kəskin qoxu gəldiyi üçün polisə müraciət edib. Mənzilə daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları qan izləri aşkarlayıblar. 

Araşdırma zamanı məlum olub ki, öldürülən şəxs 22 yaşlı Azərbaycan vətəndaşıdır. Bundan başqa, onun üç gün əvvəl qətlə yetirildiyi aydınlaşıb. 

Hadisədə şübhəli bilinən şəxs müşahidə kameraları vasitəsilə müəyyənləşib.