Aktrisalar arasında dava: “Sən heç kimsən”


Şou-biznes 10 Okt 2019 10:55:00 341 0

Aktrisalar arasında dava: “Sən heç kimsən”

Ötən gün "Maşın" realiti şounun gedişi zamanı daha bir qalmaqal yaşanıb.

Son.az axşam.az-a istinadən bildirir ki, bu dəfə Xalq artisti Fatma Mahmudova və aktrisa Zümrüd Qasımova arasında gərginlik yaranıb.

F.Mahmudova Zümrüdü hörmətsizlik etməkdə günahlandırıb:

"Mənimlə heç kim kəllə kəlləyə gəlməsin. Heç kimlə işim yoxdur. Özümə qarşı olan hörmətsizliyə görə bir nəfərdən üzümü çevirmişəm. Sən kimsən? Mənim üçün heç kimsən".

Bu zaman Z.Qasımova "Mən beş nəfərdən üzümü çevirmişəm. Ayıb olsun, bu da sizin böyüklüyünüz. Siz mənimlə belə danışa bilmərsiniz, Fatma xanım" deyə, cavab verib.