Oktyabrın 12-də TOEFL IBT imtahanı keçiriləcək


Digərləri 10 Okt 2019 10:57:00 253 0

Oktyabrın 12-də TOEFL IBT imtahanı keçiriləcək

Oktyabrın 12-də TOEFL IBT imtahanı keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Oktyabrın 12-də TOEFL IBT imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, TOEFL IBT imtahanı Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahan saat 09.30-da başlayacaq. İmtahanda iştirak edən şəxslər saat 08.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.