Bakıda daha bir süpürgəçini maşın vurdu


Digərləri 10 Okt 2019 10:28:01 309 0

Bakıda daha bir süpürgəçini maşın vurdu

Bakıda süpürgəçini maşın vurub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında aeroport yolunda, Olimpiya stadionunun yaxınlığında baş verib. Sabunçu Rayon Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı olan süpürgəçi qadın yolu süpürərkən onu maşın vurub.

Yaralı süpürgəçi Sabunçu rayon 3 saylı xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti yaxşıdır.