“Test üsulunu Vurğun Əyyub yox, mən gətirmişəm”


Digərləri 10 Okt 2019 10:18:00 283 0

“Test üsulunu Vurğun Əyyub yox, mən gətirmişəm”

est imtahanlarını Azərbaycana kim gətirib? Çünki bu mövzu ətrafında təzadlı fikirlər var. Bunu da daha çox rəhmətlik Vurğun Əyyubla bağlayırlar...

İndiyə qədər mən bu barədə danışmamışam. Amma görürəm ki, artıq danışmaq lazımdır.

Son.az xəbər verir ki, bu sözləri Azərbaycanın ilk təhsil naziri Firudin Cəlilov bakupost-a müsahibəsində testi ölkəyə kim gətirib sualına cavab verərkən deyib  deyib.

O, test üsulunun Azərbaycana Vurğun Əyyubun deyil, özünün gətirdiyini qeyd edib:

"Mən Rəhim Hüseynovun vaxtında Baş nazirin müavini işləyirdim. İnstitutlar, məktəblər mənim kurasiyamda idi. Mən də test imtahanlarını gətirmək istəyirdim, amma bu, çox ağır bir məsələ idi. Sərəncam verdim, qəbul imtahanlarını dayandırdılar ki, testə keçək. Mənim sərəncamımdan bir ay sonra Elçibəy hakimiyyətə gəldi. Mən ona dedim ki, bu, artıq mənim səlahiyyətimdə olan bir iş deyil. Prezident sənsən ya "hə" de, ya "yox". Konkret razılıq vermədi. Orada bizim Elçibəylə xoş olmayan deyişməmiz oldu. Bu söhbətdə Pənah Hüseyn, İsa Qəmbər, Arif Hacılı, İxtiyar Şirin, Sülhəddin Əkbər və başqaları da iştirak edib. Amma 30 ildə birinin qanacağı çatıb bu barədə danışmadı. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə kim gətirib və ilk test imtahanını kim keçirib.. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib.