AVRO-2020: Seçmə mərhələdə VII tura start veriləcək


İdman 10 Okt 2019 10:00:00 338 0

AVRO-2020: Seçmə mərhələdə VII tura start veriləcək

Bu gün 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VII tura start veriləcək.

Goal.az xəbər verir ki, turun ilk oyun günündə 4 qrupda 10 qarşılaşma təşkil olunacaq.

E qrupunda Azərbaycan millisi heç bir matç keçirməyəcək. Əvəzində Xorvatiya Macarıstanı, Slovakiya isə Uelsi qəbul edəcək. Qrupda Azərbaycan komandasından başqa digərləri final mərhələsi üçün şanslarını saxlayır.

C qrupunda rəqiblərindən bir oyun az keçirən Hollandiya Şimali İrlandiya ilə üz-üzə gələcək. Qrupun digər qarşılaşmasında Belarus Estoniya ilə qarşılaşacaq.

G qrupunun iddialı komandalarından Polşa Latviyanın, Sloveniya isə Şimali Makedoniyanın qonağı olacaq. Son turlara kimi şansını qorumaq istəyən Avstriya İsraili qəbul edəcək.

I qrupundakı oyunlardan sonra isə Belçika və Rusiya final mərhələsinə vəsiqəni vaxtından əvvəl əldə edə bilər.

AVRO-2020

Seçmə mərhələ, VII tur

10 oktyabr

C qrupu

20:00. Belarus - Estoniya

22:45. Hollandiya - Şimali İrlandiya

Xal durumu: Almaniya - 12 xal (5 oyuna), Şimali İrlandiya - 12 (5), Hollandiya - 9 (4), Belarus - 3 (5), Estoniya - 0 (5).

E qrupu

22:45. Xorvatiya - Macarıstan

22:45. Slovakiya - Uels

Xal durumu: Xorvatiya - 10 xal (5 oyuna), Slovakiya - 9 (5), Macarıstan - 9 (5), Uels - 6 (4), Azərbaycan - 1 (5).

G qrupu

22:45. Avstriya - İsrail

22:45. Şimali Makedoniya - Sloveniya

22:45. Latviya - Polşa

Xal durumu: Polşa - 13 xal (6 oyuna), Sloveniya - 11 (6), Avstriya - 10 (6),

Şimali Makedoniya - 8 (6), İsrail - 8 (6), Latviya - 0 (6).

I qrupu 

18:00. Qazaxıstan - Kipr 

22:45. Belçika - San Marino 

22:45. Rusiya - Şotlandiya 

Xal durumu: Belçika - 18 xal (6 oyuna), Rusiya - 15 (6), Qazaxıstan - 7 (6), Kipr - 7 (6), Şotlandiya - 6 (6), San Marino - 0 (6).