Ramal onu "Maşın"dan uzaqlaşdırdı


Şou-biznes 10 Okt 2019 09:28:00 273 0

Ramal onu "Maşın"dan uzaqlaşdırdı

"Maşın" realiti-şousunda növbəti səsvermə keçirilib.

Son.az axşam.az-a istinadən bildirir ki, iştirakçılar tərəfindən ən çox fotosu atılan müğənni Ramal İsrafilov olub. O, xalqdan dəstək istədiyini dilə gətirib. Eyni zamanda, oyundakı digər iştirakçılar da hər kəsdən Ramal üçün səs istəyiblər.

Murad Dadaşovun "Hədəfin kimdir?" sualına Ramal "Hədəfim şoumen iştirakçılardan biri olacaq" cavabını verib.

Sonda R. İsrafilov 82,27 faiz səs toplayaraq yarışmada qalıb. O, aktyor Məcid Hüseynovu oyundan kənarlaşdırıb.