“macOS Catalina” sisteminin yeni versiyası buraxılıb


Digərləri 10 Okt 2019 08:31:00 276 0

“macOS Catalina” sisteminin yeni versiyası buraxılıb

ABŞ-ın "Apple" şirkəti fərdi kompüter və serverlər üçün "macOS Catalina" əməliyyat sisteminin yeni versiyasını buraxıb. Bu barədə şirkətin saytında deyilir.

Son.az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, istifadəçilər yeni kompüter oyunlarının toplandığı yeni "Apple Arcade" servisindən istifadə imkanı əldə edəcəklər.

Bundan başqa, əməliyyat sisteminə "Apple Music", "Apple Podcast" və "Apple TV" əlavələrinin yenilənmiş versiyaları daxildir.

Yeni "Sidecar" funksiyası "iPad" planşetindən əlavə displey qismində və ya "Apple Pencil" qurğusundan istifadə etməklə informasiyanın daxil edilməsi üçün istifadəyə imkan verir.

Həmçinin "Voice Control" funksiyası səsli idarəetmə imkanlarını təmin edir, yeni "Mac Catalyst" funksiyası isə müstəqil tərtibatçılar tərəfindən yeni əlavələr yaratmaq imkanını asanlaşdırır.

(adsgarden = window.adsgarden || []).push({});