Tramp ABŞdakı avtomobillərin qiymətini 3,5 min dollara endirmək istəyir


Dünya 10 Okt 2019 08:33:00 256 0

Tramp ABŞdakı avtomobillərin qiymətini 3,5 min dollara endirmək istəyir

ABŞ federal hökuməti avtomobil qiymətlərini 3,5 min dollara endirəcək və bu istigamətdə lazımlı tədbirlər görmək niyyətindədir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə çərşənbə günü prezident Donald Tramp Ağ Evdə çıxış edərkən açıqlayıb.

Qeyd edək ki, Donald Tramp bunları açıqlayıb: "Avtomobillər bahadır, çox bahadır. Biz avtomobillərin qiymətini 3,5 min dollara endirmək və eyni zamanda avtomobili daha əlverişli və təhlükəsiz etmək niyyətindəyik - dövlət başçısı vurğulayıb. İnsanların ekoloji baxımdan daha az problem yaradan yeni maşın almağa həvəsləri olduğuna görə bəzi köhnə avtomobilləri yollardan kənarlaşdıracağıq."