Google Pixel 4 smartfonlarının qiymətləri məlum oldu


Digərləri 10 Okt 2019 08:05:00 264 0

Google Pixel 4 smartfonlarının qiymətləri məlum oldu

Artıq 15 oktyabr tarixində Google şirkəti yeni Pixel 4 smartfon seriyasını təqdim edəcək. Daha öncədən olmuş çoxlu sayda məlumat sızıntısı vasitəsilə bu seriyaya daxil olacaq smartfonlar barəsində demək olar hər şey məlumdur. Lakin indiyənə kimi smartfonların qiymətləri bilinmirdi. İndi isə bu vəziyyət də dəyişib. Son.az technote.az-a istinadən bildirir ki, məşhur insayder Evan Blass, Pixel 4 və Pixel 4 XL smartfon modellərinin qiymətlərini təqdim edib. Beləliklə yeni smartfonların qiymətləri aşağıdakı kimidir:

- 6 GB RAM və 64 GB daxili yaddaşa sahib Pixel 4 - 789$

- 6 GB RAM 128 GB daxili yaddaşa sahib Pixel 4 - 900$

- 6 GB RAM və 64 GB daxili yaddaşa sahib Pixel 4 XL - 900$

- 6 GB RAM və 128 GB daxili yaddaşa sahib Pixel 4 XL - 1020$.

(adsgarden = window.adsgarden || []).push({});