IFC Azərbaycanda yeni aqromaliyyələşdirmə platforması təqdim edəcək


Digərləri 10 Okt 2019 07:45:03 243 0

IFC Azərbaycanda yeni aqromaliyyələşdirmə platforması təqdim edəcək

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda kənd təsərrüfatı sahəsində risklərin idarə olunması üzrə yeni platforma təqdim edəcək

Bakı. Eldar Canaşvili - Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda kənd təsərrüfatı sahəsində risklərin idarə olunması üzrə yeni platforma təqdim edəcək. Trend-in məlumatına görə, bunu IFC-nin baş mütəxəssisi Leyla Hüseynli deyib. O bildirib ki, CLARA (Pul kütləsi əsasında aqro-müştərilərin kreditqabiliyyətliliyinin təhlili aləti) platforması 40 məhsulu əhatə edir. Bu məhsullardan hər biri Azərbaycan reallıqlarına uyğun olaraq kənd təsərrüfatı sahəsində risklərin idarə olunması üzrə müəyyən mexanizm təklif edir.