Dünyada ilk hiperfloresan OLED displey təqdim edilib


Digərləri 10 Okt 2019 07:31:00 234 0

Dünyada ilk hiperfloresan OLED displey təqdim edilib

"Wisechip" şirkəti tərəfindən təqdim edilmiş hiperfloresan OLED displeyinin özəlliyi sözügedən displey modulunun əvvəlkindən daha uzun müddət işləməsi və eyni zamanda bir neçə dəfə daha parlaq olmasıdır.

Son.az ictnews.az-a istinadən bildirir ki, "Wisechip" şirkətinin PMOLED displeyinin diaqonalı 2,7 düym, təsvir ölçüsü isə 128x64 piksel təşkil edir. Buna baxmayaraq displeyin parlaqlığı 220 kd/m2-dir. Bu, əvvəlki nəsil floresan ekranın göstəricisindən 2,5 dəfə yüksəkdir.

İstehsalçının iddiasına görə, yeni tip displey 50 min saatadək işləyə bilir.

Ağ-qara rəngli displeydə informasiya sarı rəngdə göstərilir. Belə ekranların istehsalında istifadə edilən əsas komponentin tədarükçüsü "Kyulux" şirkətidir.

(adsgarden = window.adsgarden || []).push({});