Tramp ABŞ-dakı avtomobillərin qiymətini 3,5 min dollara endirmək istəyir


Digərləri 10 Okt 2019 05:22:22 275 0

Tramp ABŞ-dakı avtomobillərin qiymətini 3,5 min dollara endirmək istəyir

ABŞ federal hökuməti avtomobil qiymətlərini 3,5 min dollara endirəcək və bu istigamətdə lazımlı tədbirlər görmək niyyətindədir

Bakı, ABŞ federal hökuməti avtomobil qiymətlərini 3,5 min dollara endirəcək və bu istigamətdə lazımlı tədbirlər görmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü prezident Donald Tramp Ağ Evdə çıxış edərkən açıqlayıb. Qeyd edək ki, Donald Tramp bunları açıqlayıb: "Avtomobillər bahadır, çox bahadır. Biz avtomobillərin qiymətini 3,5 min dollara endirmək və eyni zamanda avtomobili daha əlverişli və təhlükəsiz etmək niyyətindəyik - dövlət başçısı vurğulayıb. İnsanların ekoloji baxımdan daha az problem yaradan yeni maşın almağa həvəsləri olduğuna görə bəzi köhnə avtomobilləri yollardan kənarlaşdıracağıq."