ABŞ və Çin ticarət danışıqlarında irəliləyişə nail ola bilmədilər


Digərləri 10 Okt 2019 03:36:04 321 0

ABŞ və Çin ticarət danışıqlarında irəliləyişə nail ola bilmədilər

Çin və ABŞ-ın nümayəndələri iki gün davam edən ticarət danışıqlarında baş nazirin müavinləri səviyyəsində irəliləyiş əldə edə bilməyiblər

Bakı, Çin və ABŞ-ın nümayəndələri iki gün davam edən ticarət danışıqlarında baş nazirin müavinləri səviyyəsində irəliləyiş əldə edə bilməyiblər. Trend-in məlumatına görə, cümə axşamı danışıqlara gedəcək ÇXR Dövlət Şurasının Baş nazirinin müavini Liu He eyni gündə Vaşinqtonu tərk etmək niyyətindədir. Qeyd olunur ki, Çin nümayəndə heyəti texnologiyanın məcburi köçürülməsi məsələsini müzakirə etməkdən imtina edib.