Günün qoroskopu: Maddi məsələlərlə bağlı müəyyən problemlər yarana bilər


Digərləri 10 Okt 2019 00:01:00 431 0

Günün qoroskopu: Maddi məsələlərlə bağlı müəyyən problemlər yarana bilər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Aktual məsələlərin həlli, peşəkar fəaliyyət və maliyyə sahəsində yaranmış problemlərin aradan qaldırılması üçün günün ilk yarısı ən optimal zamandır. Çoxdan başladığınız işi tələsmədən, amma məntiqli şəkildə başa vursanız, yaxşı nəticələr əldə edəcəksiniz. Günün ikinci yarısında çətinliklərin çözülməsinə yaradıcı yanaşma sizdə daxili harmoniya hissi, razılıq duyğuları yaradacaq.  Axşam saatlarınızı yaxınlarınızla birlikdə, mənalı istirahətə üstünlük verərək keçirin.

Buğa - Sağlam həyat tərzini seçin. Xarici görkəminizdə və ümumiyyətlə, yaşamınızda nəyi dəyişəcəyinizə qərar verin. Aktiv olun, intensiv fəaliyyət göstərin. Ötənlərdə özünü dəfələrlə doğrultmuş metodları seçin. Günün ikinci yarısında yazışmalarda və hesabatlarda sərvaxt olun. Məsləhətlərə qulaq asın. Təcrübə mübadiləsində xeyir var. Yaxınlarınızdan biri yardım gözləyir. Planlarınızı pozmamaq şərtilə həmin adama kömək edin. Az sonra başlanacaq hadisələrin heç olmazsa, bəzilərini təxminləməyə can atın.

Əkizlər - İşgüzar təmaslarda diqqətli olun. Başqalarının məsləhətləri ilə davranaraq maraqlarınızı qurban verməyin. Ən müxtəlif yaşda və sosial durumda olan insanlarla dil tapmağa çalışın.  Günün ikinci yarısı intensiv ünsiyyət zamanıdır. Mobillik, çeviklik, psixoloji mütəhərriklik xüsusi əhəmiyyət kəsb edəcək. Çalışdığınız kollektivdə müəyyən gərgin anlar yaşana bilər. İndiyədək çözə bilmədiyiniz mübahisəni axşam saatlarında asanlıqla həll edə bilərsiniz.

Xərçəng - Səhər saatlarında vurnuxma, işlərin sürətli artımı istisna deyil. Anlaşılmazlıqlar və mübahisələrdə haqsızlığa rəvac verməyin. Ədalətli olun. Emosional durumlarda soyuqqanlı davranın. Günün ikinci yarısında yeni işə başlayanda təcrübə və ya məlumat çatışmazlığı ilə qarşılaşa bilərsiniz. Harasa təcili yollanmaq zərurəti yaranacaq. Dəyər verdiyiniz insanlarla münasibətlərdə hər şey normal deyil. Bununla belə, situasiyanı həddən artıq dramatikləşdirməyin.

Şir - Təşəbbüskar olun. Bədxahları pərişan etməyin ən rahat yolu onların dedi-qodularına, şayiələrinə fikir verməməkdir. Özünüzü, maraqlarınızı düşünün. Yoxsul yox, varlı olmağa can atın. İnadkar və zəhmətkeş fəaliyyət uğur vəd edir. Günün ikinci yarısında böyük fiziki qüvvə və vaxt tələb edən iş olacaq. Tələsməyin, bədbinliyə qapılmayın. Gərəkli nəticəni ən son anda əldə edəcəksiniz. Yaxınlarınızla təmaslarda onlara psixoloji təzyiq göstərməyin. Axşam saatlarında normal istirahət edin.

Qız - Ətrafınızdakı situasiyanı tam anlamasanız da, tələsik qərarlar verməyə tələsməyin. Situasiyadan asılı davranmayın. Hərəkətləriniz xaotik, qarışıq, ziddiyyətli olmasın. Optimal strategiyanı düşünün, işlək taktika seçin. Günün ikinci yarısında soyuqqanlı olun. Kiçik problemlərə və maneələrə fikir verməyin. Səbrli olun, irəliləyişə can atın. Yaxınlarınızdan birinin sözləri və əməlləri sizi narahat edə bilər. Yalan eşidəcəksiniz. Hər sözə aldanmayın.

Tərəzi - Hiperaktivlik etməyin, məzmununa bələd olmadığınız işlə bağlı təşəbbüsə qapılmayın. Məlumatlar toplayın, müşahidə edin, deyilənlərə qulaq asın. Müzakirələr və toplantılar üçün yaxşı zamandır. Hansısa insana qəfil marağınız yarana bilər. Yeni layihə seçin. Günün ikinci yarısında həmfikir olduğunuz insanla təmasları gücləndirin.

(adsgarden = window.adsgarden || []).push({});