Tütündən imtina edəndən sonra ilk 8 saat ərzində...


Digərləri 09 Okt 2019 23:34:00 199 0

Tütündən imtina edəndən sonra ilk 8 saat ərzində...

Dünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hər il dünyada 8 milyon insan siqaret və onun yaratdığı xəstəliklər nəticəsində həyatını itirir. Onun 1 milyonu passiv tütünçəkəndir, yəni tütün məmulatlarından istifadə etməyib, onun zərərli təsirinə məruz qalan şəxslərdir. Tərkibində 7 mindən artıq kimyəvi maddənin daşıyıcısı olan tütün tüstüsü ağciyər, boğaz, mədə xərçəngi kimi ölümcül xəstəliklərə səbəb olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Laura Quliyeva siqaretin zərərləri barədə danışarkən XX əsrdə tütünçəkmənin 100 milyon insanın həyatını itirməsinə səbəb olduğunu bildirib: "Əgər qarşısı alınmazsa, XXI əsrdə tütünçəkmə nəticəsində 1 milyard nəfərin həyatına son qoya bilər. Ona görə də tütünçəkmə ilə mübarizə dünyada, o cümlədən ölkəmizdə aktual məsələlərdən biridir. Bu sahədə tədbirlərin görülməsi "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya" və "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn əsas vəzifələrdir. Siqaretin zərərli təsirləri ilə əlaqədar müntəzəm olaraq əhalinin sıx olduğu məkanlarda maarifləndirici aksiya və tədbirlər həyata keçirilir, tütünçəkmənin zərərli təsirləri iştirakçılara izah edilir, onlara İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan müxtəlif çap materialları paylanılır".

Araşdırmalar nəticəsində məlum olub ki, 1 ədəd siqaret insan həyatını 11 dəqiqə azaldır. L.Quliyeva bildirib ki, insanların sağlamlığının qorunması üçün hər kəs tütünçəkmə ilə mübarizəyə öz töhfəsini verməyə çalışmalıdır: "Geniş təbliğat-təşviqat tədbirləri, maarifləndirmə işləri, qapalı məkanlarda tütün məmulatlarından istifadənin qarşısının alınması, tütün məmulatlarının satışı, reklamı ilə bağlı qanunvericiliyin gücləndirilməsi kimi məsələlər tütünçəkmə ilə mübarizədə böyük rol oynayır. Son vaxtlar modern vasitələrdən də geniş istifadə edilərək əhaliyə bu zərərli vərdişin fəsadları barədə ətraflı məlumat verilir. Sosial şəbəkələrdə maarifləndirici sosial çarxlar, məlumatlar mütəmadi olaraq yenilənir, eyni zamanda tütün istifadəçilərinin nəzərinə zərərli vərdişdən vaxtında xilas olmaq, ondan imtina etməyin mümkünlüyü və hər il milyonlarla insanın həmin təhlükədən xilas olduğu çatdırılır. Bu məqsədlə "Tütündən imtina et!" mobil əlavəsindən faydalanmaq mümkündür".

Siqareti tərgidən insanın orqanizmində ilk dəyişikliklər 20 dəqiqə sonra özünü büruzə verməyə başlayır. Qan təzyiqi, ürək döyüntüləri stabilləşir, qan dövranı sürətlənir. İlk 8 saat ərzində qanda oksigenin səviyyəsi normallaşır, 1 həftədən sonra sifətin rəngi yaxşılaşır, 1 aydan sonra tənəffüs yüngülləşir, öskürək narahat etmir, 1 ildən sonra ürək xəstəliklərinin inkişaf etməsi riski siqaret çəkən şəxslə müqayisədə yarıya enir.

(adsgarden = window.adsgarden || []).push({});
Uşaqlarda psixi sıxıntılardan xəbər verən 15 əlamət  Psixiatrdan MƏSLƏHƏT like
  • 09 Okt 23:20  
Digərləri Uşaqlarda psixi sıxıntılardan xəbər verən 15 əlamət Psixiatrdan MƏSLƏHƏT

Azyaşlı uşaqların psixikasında olan dəyişikliklər bəzən keçid dövrü

arrow Ətraflı
Heyva marmeladının hazırlanması  Usta öz sirlərini açır like
  • 09 Okt 23:10  
Digərləri Heyva marmeladının hazırlanması Usta öz sirlərini açır

Son.az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir

arrow Ətraflı
Yunker Türkiyəyə çağırış etdi  “Əməliyyatları dayandırın” like
  • 09 Okt 23:00  
Dünya Yunker Türkiyəyə çağırış etdi “Əməliyyatları dayandırın”

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Türkiyəni Suriyada təmkinl

arrow Ətraflı
Dünyada azı 2,2 milyard insan... like
  • 09 Okt 22:55  
Digərləri Dünyada azı 2,2 milyard insan...

Dünyada azı 2,2 milyard insan görmə qabiliyyətinin ciddi pozulması və ya

arrow Ətraflı
Tramp: “ABŞ heç vaxt...” like
  • 09 Okt 22:49  
Dünya Tramp: “ABŞ heç vaxt...”

"ABŞ heç vaxt Yaxın Şərqdə olmamalı idi".

arrow Ətraflı
DİQQƏT! Bu kartof sizi öldürə bilər  Əlamətlər like
  • 09 Okt 22:35  
Digərləri DİQQƏT! Bu kartof sizi öldürə bilər Əlamətlər

Qida rasionumuzda hər gün istifadə etdiyimiz kartofun əslində bizi zəhərl

arrow Ətraflı
Türkiyəli aktrisa üzr istədi like
  • 09 Okt 22:30  
Digərləri Türkiyəli aktrisa üzr istədi

Türkiyəli aktrisa Nebahat Çehre canlı yayıma qatılaraq tanınmış həkim

arrow Ətraflı
Azərbaycanda qızıl-gümüş bahalaşıb like
  • 09 Okt 22:25  
Digərləri Azərbaycanda qızıl-gümüş bahalaşıb

Oktyabrın 9-da qızılın qiyməti oktyabrın 8-i ilə müqayisədə 25,058 man

arrow Ətraflı
17 yaşlı oğlan bıçaqlandı, xəstəxanada öldü like
  • 09 Okt 22:20  
Kriminal 17 yaşlı oğlan bıçaqlandı, xəstəxanada öldü

Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı