Dünyada azı 2,2 milyard insan...


Digərləri 09 Okt 2019 22:55:00 62 0

Dünyada azı 2,2 milyard insan...

Dünyada azı 2,2 milyard insan görmə qabiliyyətinin ciddi pozulması və ya korluqdan əziyyət çəkir. Bununla yanaşı, vaxtında aparılmış müayinə, profilaktika və müalicə nəticəsində 1 milyarda yaxın halda bu problemlərin qarşısını almaq mümkün ola bilərdi.

Son.az bildirir ki, AZƏRTAC Dünya Səhiyyə Təşkilatına (DST) istinadla bu barədə xəbər verir.

Oktyabrın 10-da qeyd olunacaq Dünya Görmə Günü astanasında DST ekspertləri ilk dəfə olaraq görmə qabiliyyəti problemlərinə həsr olunan ətraflı məruzə dərc ediblər. Məruzənin müəllifləri belə qənaətə gəliblər ki, zəif görən və kor insanların sayı getdikcə artır. Bu, əsasən aşağı və orta səviyyəli gəlirə malik ölkələrdə müvafiq tibb xidmətlərinin əlçatanlığının məhdudluğu ilə bağlıdır.

"Görmə ilə bağlı problemlər tez-tez qarşıya çıxır və çox vaxt bu problemlər heç cür həll olunmur. İnsanların zəruri yardımı almağa və bununla yanaşı, çətin maliyyə vəziyyətinə düşməmək imkanı olmalıdır. Göz xəstəliklərinin müalicəsi hər yerdə milli səhiyyə planına daxil edilməlidir", - deyə DST-nin başçısı Tedros Adhanom Hebreyesus məruzəni təqdim edərkən bildirib.

DST-nin məruzəsində bildirilir ki, görmə qabiliyyətinin pozulması halları ilə çox vaxt dağ rayonlarının sakinləri, qadınlar, ahıllar, məhdud imkanlara malik insanlar, həmçinin etnik azlıqların və yerli xalqların nümayəndələri qarşılaşırlar. Yüksək gəlir səviyyəsinə malik ölkələrə nisbətən Tropik Afrika və Cənubi Asiya ölkələrində korluğa 8 dəfə çox rast gəlinir.

"65 milyon kor insanı adi kataraktanın kənarlaşdırılması əməliyyatı vasitəsilə xəstəlikdən xilas etmək olardı. Bu əməliyyat qısa müddət ərzində həyata keçirilir. Buna görə də bu qədər insanın görmə qabiliyyətindən məhrum olması hiddət doğurur. Dünyada daha 800 milyon insan təkcə eynəklərinin olmaması səbəbindən adi gündəlik işlərin öhdəsindən çətinliklə gəlir", - deyə DST rəhbəri bildirib.

(adsgarden = window.adsgarden || []).push({});
Tramp: “ABŞ heç vaxt...” like
  • 09 Okt 22:49  
Dünya Tramp: “ABŞ heç vaxt...”

"ABŞ heç vaxt Yaxın Şərqdə olmamalı idi".

arrow Ətraflı
DİQQƏT! Bu kartof sizi öldürə bilər  Əlamətlər like
  • 09 Okt 22:35  
Digərləri DİQQƏT! Bu kartof sizi öldürə bilər Əlamətlər

Qida rasionumuzda hər gün istifadə etdiyimiz kartofun əslində bizi zəhərl

arrow Ətraflı
Türkiyəli aktrisa üzr istədi like
  • 09 Okt 22:30  
Digərləri Türkiyəli aktrisa üzr istədi

Türkiyəli aktrisa Nebahat Çehre canlı yayıma qatılaraq tanınmış həkim

arrow Ətraflı
Azərbaycanda qızıl-gümüş bahalaşıb like
  • 09 Okt 22:25  
Digərləri Azərbaycanda qızıl-gümüş bahalaşıb

Oktyabrın 9-da qızılın qiyməti oktyabrın 8-i ilə müqayisədə 25,058 man

arrow Ətraflı
17 yaşlı oğlan bıçaqlandı, xəstəxanada öldü like
  • 09 Okt 22:20  
Kriminal 17 yaşlı oğlan bıçaqlandı, xəstəxanada öldü

Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Bakıda 2 ay əvvəl xəstəxanada ölən vərəm xəstəsinin kim imiş? like
  • 09 Okt 22:10  
Digərləri Bakıda 2 ay əvvəl xəstəxanada ölən vərəm xəstəsinin kim imiş?

Bakıda 2 ay əvvəl xəstəxanada ölən şəxsin kimliyi məlum olub.

arrow Ətraflı
Bakıda 2 ay əvvəl xəstəxanada ölən vərəm xəstəsinin kim imiş? like
  • 09 Okt 22:00  
Digərləri Bakıda 2 ay əvvəl xəstəxanada ölən vərəm xəstəsinin kim imiş?

Bakıda 2 ay əvvəl xəstəxanada ölən şəxsin kimliyi məlum olub.

arrow Ətraflı
Məşhur müğənni xəstəxanaya yerləşdirildi like
  • 09 Okt 21:59  
Digərləri Məşhur müğənni xəstəxanaya yerləşdirildi

Amerikalı müğənni Mayli Sayrus xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
Putin müşavirini vəzifəsindən azad etdi like
  • 09 Okt 21:50  
Dünya Putin müşavirini vəzifəsindən azad etdi

Rusiya prezidenti Vladimir Putin müşaviri Sergey Qlazyevi vəzifəsindən azad

arrow Ətraflı
14 günlük Yapon pəhrizi  Yeyərək 10 kq arıqla like
  • 09 Okt 21:45  
Digərləri 14 günlük Yapon pəhrizi Yeyərək 10 kq arıqla

Yapon pəhrizində əsas məqsəd fiziki bədən formasını əndazədən aşır

arrow Ətraflı