Gündə bir neçə dəfə gözyaşı damcılarından istifadə...


Digərləri 09 Okt 2019 22:44:00 215 0

Gündə bir neçə dəfə gözyaşı damcılarından istifadə...

Geniş yayılan xəstəliklərdən olan quru göz sindromu ilə müraciət edənlər adətən gözlərin həssaslığının artması, daimi yanma hissi, gözlərin yaşarması və qaşınmasından şikayət edirlər. Sindromun yaranmasının əsas səbəbi gözyaşı ifrazının pozulması nəticəsində gözün buynuz qişasının get-gedə nazikləşməsi və bəzi xəstələrdə tamamilə itməsidir. Gözyaşı təbəqəsi nazikləşdiyindən və ya ümumiyyətlə, olmadığından gözün ən həssas təbəqəsi olan buynuz qişası açıq qalır. Nəticədə sinir ucları açıq qalır, qıcıqlanır, xəstələrin gözlərində həddindən artıq narahatlıq hissi olur, hava və su kimi xarici faktorların təsirindən gözlər yanır və yaşarır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-oftalmoloq Gültəkin Məmmədova quru göz sindromunun yaranma səbəbləri haqqında danışaraq deyib: "Xəstəliyin yaranma səbəblərindən biri dərmanların nəzarətsiz və uzunmüddətli istifadəsidir. Həmin preparatlara allergiya, ürək ritm pozulmaları, yüksək təzyiq və depressiya əleyhinə olan dərmanlar daxildir. Peroral kontraseptiv dərmanlar, xüsusən eyni kontraseptivin uzun illər boyu istifadə edilməsi gözdə quruluğun yaranmasına aparıb çıxarır. Bundan başqa mühitin nəmliyini azaldan sərinkeş və istilik sistemləri, kompüter və televizora baxarkən fasilə verilməməsi, göz əzələlərində gərginliyin yaranması və göz qırpma hərəkətlərinin vaxtlı-vaxtında icra olunmaması, şəhər havası, tozlu mühit və siqaret tüstüsünün təsiri, kontakt linzalardan istifadə, qida rejiminin pozulması nəticəsində normal lipid qəbulunun azalması, yaşla əlaqədar gözyaşı vəzilərində sklerozun yaranması da quru göz sindromuna səbəb olur.

Təsir nəticəsində xəstələrdə gözlərdə yanma, qaşınma və yad cisim hissiyyatı olur. Daha tez-tez rast gəlinən qızarma və keçici görmə pozulması simptomları bir neçə dəfə göz qırpmadan sonra keçib gedir. İlkin mərhələdə gözün kompensator reaksiyası olaraq gözyaşı vəziləri daha çox maye ifraz etməyə başlayır. Lakin onun tərkibinin keyfiyyətsizliyi göz quruluğunu aradan qaldırmaz. Xəstənin gigiyenik normalara riayət etməməsi və əllərini tez-tez gözlərinə vurması nəticəsində xəstələrdə konyuktivit əlamətləri də özünü göstərməyə başlayır".

Həkim-oftalmoloq deyib: "Əlamətlərə əsasən xəstə özündə quru göz sindromunun olmasından şübhələnə bilər, lakin son diaqnozu yalnız onu müayinə edən həkim-oftalmoloq müəyyən testlərdən sonra qoyur. Həkim xəstənin gözlərindəki hiperemiyanın dərəcəsini qiymətləndirərək gözyaşı ifrazı və gözyaşı pərdəsinin stabilliyini yoxlayır, xüsusi rəngləmə üsulu ilə buynuz qişa və konyuktivanın zədələnmə dərəcəsini müəyyən edir.

(adsgarden = window.adsgarden || []).push({});
DİQQƏT! Bu kartof sizi öldürə bilər  Əlamətlər like
  • 09 Okt 22:35  
Digərləri DİQQƏT! Bu kartof sizi öldürə bilər Əlamətlər

Qida rasionumuzda hər gün istifadə etdiyimiz kartofun əslində bizi zəhərl

arrow Ətraflı
Türkiyəli aktrisa üzr istədi like
  • 09 Okt 22:30  
Digərləri Türkiyəli aktrisa üzr istədi

Türkiyəli aktrisa Nebahat Çehre canlı yayıma qatılaraq tanınmış həkim

arrow Ətraflı
Azərbaycanda qızıl-gümüş bahalaşıb like
  • 09 Okt 22:25  
Digərləri Azərbaycanda qızıl-gümüş bahalaşıb

Oktyabrın 9-da qızılın qiyməti oktyabrın 8-i ilə müqayisədə 25,058 man

arrow Ətraflı
17 yaşlı oğlan bıçaqlandı, xəstəxanada öldü like
  • 09 Okt 22:20  
Kriminal 17 yaşlı oğlan bıçaqlandı, xəstəxanada öldü

Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Bakıda 2 ay əvvəl xəstəxanada ölən vərəm xəstəsinin kim imiş? like
  • 09 Okt 22:10  
Digərləri Bakıda 2 ay əvvəl xəstəxanada ölən vərəm xəstəsinin kim imiş?

Bakıda 2 ay əvvəl xəstəxanada ölən şəxsin kimliyi məlum olub.

arrow Ətraflı
Bakıda 2 ay əvvəl xəstəxanada ölən vərəm xəstəsinin kim imiş? like
  • 09 Okt 22:00  
Digərləri Bakıda 2 ay əvvəl xəstəxanada ölən vərəm xəstəsinin kim imiş?

Bakıda 2 ay əvvəl xəstəxanada ölən şəxsin kimliyi məlum olub.

arrow Ətraflı
Məşhur müğənni xəstəxanaya yerləşdirildi like
  • 09 Okt 21:59  
Digərləri Məşhur müğənni xəstəxanaya yerləşdirildi

Amerikalı müğənni Mayli Sayrus xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
Putin müşavirini vəzifəsindən azad etdi like
  • 09 Okt 21:50  
Dünya Putin müşavirini vəzifəsindən azad etdi

Rusiya prezidenti Vladimir Putin müşaviri Sergey Qlazyevi vəzifəsindən azad

arrow Ətraflı
14 günlük Yapon pəhrizi  Yeyərək 10 kq arıqla like
  • 09 Okt 21:45  
Digərləri 14 günlük Yapon pəhrizi Yeyərək 10 kq arıqla

Yapon pəhrizində əsas məqsəd fiziki bədən formasını əndazədən aşır

arrow Ətraflı
Suyun təmizlənməsinin yeni üsulu tapılıb like
  • 09 Okt 21:40  
Digərləri Suyun təmizlənməsinin yeni üsulu tapılıb

Fionn Ferreira adlı gənc irlandiyalı alim bitki yağını ferromaye ilə qar

arrow Ətraflı
Müalicəvi feyxoa mürəbbəsi  RESEPT like
  • 09 Okt 21:35  
Digərləri Müalicəvi feyxoa mürəbbəsi RESEPT

Feyxoa mövsümündə qışa faydalı, yodla, minerallarla zəngin feyxoa mürə

arrow Ətraflı