Bakıda 2 ay əvvəl xəstəxanada ölən vərəm xəstəsinin kim imiş?


Digərləri 09 Okt 2019 22:10:00 330 0

Bakıda 2 ay əvvəl xəstəxanada ölən vərəm xəstəsinin kim imiş?

Bakıda 2 ay əvvəl xəstəxanada ölən şəxsin kimliyi məlum olub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə avqustun 30-da 2 saylı Vərəm Əleyhinə Dispanserdə baş verib. Avqustun 27-də kəskin ağ ciyər xəstəsi olan şəxsiyyəti məlum olmayan kişi küçədən Təcili Tibbi Yardım Briqadası ilə dispanserə gətirilib. Aparılan müalicələrə baxmayaraq həmin şəxs avqustun 30-da xəstəxanada dünyasını dəyişib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxsin 1970-ci il təvəllüdlü Hümmətov Məhəbbət Əjdər oğlu olduğu müəyyən edilib.

Meyit mərhumun yaxınlarına təhvil verilib.