Biləsuvar gömrüyündə ayaqqabıdan yarım kiloqram heroin tapıldı


Kriminal 09 Okt 2019 21:30:00 315 0

Biləsuvar gömrüyündə ayaqqabıdan yarım kiloqram heroin tapıldı

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Biləsuvar rayonu gömrük məntəqəsində Azərbaycan vətəndaşının üzərində 0,5 kq heroin aşkarlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Biləsuvar rayonu qubernatoru Həsən Qubadi deyib.

H.Qubadinin sözlərinə görə, bu şəxs heroini ayaqqabısında yerləşdiribmiş.

Qubernator narkotikin it tərəfindən aşkarlandığını deyib.