Toz mənşəli bronxitin ƏLAMƏTLƏRİ Azərbaycanda kimlər bu xəstəliyə tutulur?


Digərləri 09 Okt 2019 21:14:00 316 0

Toz mənşəli bronxitin ƏLAMƏTLƏRİ  Azərbaycanda kimlər bu xəstəliyə tutulur?

Tozdan qaynaqlanan və tozun aktivə etdiyi bronxit xüsusi peşə sahibləri, eləcə də müəyyən şəraitdə yaşayan, işləyən insanlarda rast gəlinən tənəffüs orqanları xəstəliyidir. 

Sənaye, texniki və ev tozlarının təsirindən bronxlarda xroniki diffuz iltihab başlayır, bronx ağacında zamanla atrofik dəyişikliklərə səbəb olur. Xəstəlik periodik olaraq kəskinkəşir, halsızlıq, güclü öskürmə, təngnəfəslik verir. Xəstəliyin təhlükəsi ondadır ki, tədricən proqressivləşir, gizli gedə bilər, başqa xəstəliklərə səhv salınır. 

Əgər vaxtında diaqnoz və müalicə olunmasa, tənəffüs çatışmazlığı, ürək astması, ikincili bakterial infeksiya yarana bilər.

Son.az medicina.az-a istinadən xəstəliyin kimlərdə daha çox rast gəlindiyini bildirir:

Metaltökmə və metal sənayesi işçiləri Ağacyonma, taxta, mebel sexləri Mərmər, daş yonma, karxanalar Kənd təsərrüfarı fermaları Gözəllik salonlarında çalışanlar Çox tütün çəkənlər

Beləliklə, toz bronxiti əhalinin elə əmək qabiliyyətli, işçi kütləsini əhatə edir. Kişilər qadınlara nisbətən daha çox yer tutur. Eləcə də staj artdıqca, risk və patologiya artır. 

İnsan həmin riskli yerdə işlədikdən azı 5-7 il sonra bronxların iltihabı öz əlamətlərini göstərməyə başlayır. Xəstəliyi kəskinləşdirən və artıran bərk və bir qədər iri toz zərrəcikləri olur. Təkcə toz yox, işçinin işləyərkən metal və digrə vasitələrdən ayrılan toksiki maddələr də nəfəs yolları ilə ağciyərlərə keçir. 

Digər tərəfdən iş yerində problem olmayan, amma sistematik siqaret çəkənlərdə də tütün tüstüsü bronxial divara qıcıqlandırıcı təsir edib, iltihab yaradır. Əgər bir kişi tozlu sahədə işləyib, üstəlik tütün çəkirsə, onda bronxit sürətlə inkişaf edəcək. 

Ağırlığından asılı olaraq toz bronxitin 3 mərhələsi olur:

-Birinci mərhələdə uzun müddətli remissiya olur, ildə 2 dəfə öskürək tutmaları, iltihab olur.  Səthi tənəffüs normaldır, insan heç bir problem hiss etmir

-İkinci mərhələdə uzunmüddətli ağırlaşmalar olur, 3-5 həftə öskürək davam edir, xışıltı, təngnəfəslik hiss olunur, qanda oksigenasiya düşür. 

(adsgarden = window.adsgarden || []).push({});