Milli Preventiv Qrup tərəfindən dövlət uşaq müəssisələrində başçəkmələr davam etdirilir


Digərləri 09 Okt 2019 20:45:00 239 0

Milli Preventiv Qrup tərəfindən dövlət uşaq müəssisələrində başçəkmələr davam etdirilir

Təhsil Nazirliyinin Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

Bakı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Təhsil Nazirliyinin Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, başçəkmədə məqsəd bu müəssisədə təhsil alan və yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub. MPQ üzvlərinin və sosial iş sahəsində ekspertin də iştirak etdiyi başçəkmə zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən yataq, dərs və reabilitasiya otaqlarına, yeməkxanaya və mətbəxinə, asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlara, ümumi əraziyə baxış keçirilib. Rəftar məsələlərinin araşdırılması məqsədilə təsadüfi seçim əsasında bu müəssisədə təhsil alan uşaqlarla, habelə müəssisə rəhbərliyi, müəllimlər və tibb işçiləri ilə fərdi müsahibələr aparılmış və mövcud vəziyyət öyrənilib.