İtaliyada 200dək reys təxirə salındı


Dünya 09 Okt 2019 19:54:00 286 0

İtaliyada 200dək reys təxirə salındı

İtaliyanın "Alitalia" aviaşirkəti işçilərin tətili ilə əlaqədar bu günə nəzərdə tutulan 198 reysi təxirə salıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, tətilə səbəb əməkdaşların aviaşirkətin planlaşdırılan restrukturizasiyasına etiraz etmələridir.

Qeyd olunur ki, tətil nəticəsində sərnişinlərin 30 faizi zərər çəkə bilər.

Tətil gün ərzində davam edəcək.