Bakıda "Muravey" səkiyə çırpıldı,


Digərləri 09 Okt 2019 20:09:00 269 0

Bakıda "Muravey" səkiyə çırpıldı,

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Səbail rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü İsmayılov Elvin Ağamehdi oğlu idarə etdiyi "Muravey" markalı motosikletlə hərəkətdə olarkən idarəetməni itirib və Səbail rayonu, M.Qurban küçəsi 2 ünvanındakı səkiyə çırpılıb.

Qəza nəticəsində E.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.