Juventus-un Poqba israrı davam edir


İdman 09 Okt 2019 20:00:00 270 0

Juventus-un Poqba israrı davam edir

Juventus Manchester United-in yarımmüdafiəçisi Pol Poqbanin transferində israrını davam etdirir.

Goal.az-ın məlumatına görə, "qoca sinyora" fransalı futbolçu üçün qarşı tərəflə yenidən təmasa keçib.

İtaliya təmsilçisi mövsümün sonunda komandanı tərk etmək istəyən Poqbanı heyətinə qatmaq fikrindədir. Bunun üçün qarşı tərəfə hücumçu Mario Mandzukiç və yarımmüdafiəçi Əmrə Can təklif olunub. Hansı ki, adıçəkilən oyunçuların hər ikisi komandada əsas heyət üzünə həsrətdir.

Qeyd edək ki, Pol Poqbanın transferində maraqlı olan digər komanda Real-dır.