Biləsuvar gömrüyündə ayaqqabıdan yarım kiloqram heroin tapıldı


Digərləri 09 Okt 2019 19:37:25 235 0

Biləsuvar gömrüyündə ayaqqabıdan yarım kiloqram heroin tapıldı

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Biləsuvar rayonu gömrük məntəqəsində Azərbaycan vətəndaşının üzərində 0,5 kq heroin aşkarlanıb.

Bakı. Elnur Bağışov - İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Biləsuvar rayonu gömrük məntəqəsində Azərbaycan vətəndaşının üzərində 0,5 kq heroin aşkarlanıb. Trend-in məlumatına görə, bunu İranın Biləsuvar rayonu qubernatoru Həsən Qubadi deyib. H.Qubadinin sözlərinə görə, bu şəxs heroini ayaqqabısında yerləşdiribmiş. Qubernator narkotikin it tərəfindən aşkarlandığını deyib.