Nazir: "Qazaxıstan gələcəkdə BakıTbilisiCeyhan vasitəsilə neft nəql edə bilər"


Digərləri 09 Okt 2019 19:14:00 282 0

Nazir: "Qazaxıstan gələcəkdə BakıTbilisiCeyhan vasitəsilə neft nəql edə bilər"

Qazaxıstan hələlik "Kaşaqan", "Tengiz", "Karaçaqanaq" neft yataqlarında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunması üçün kifayət qədər həcmə malik deyil, amma digər yataqlardan neft bu kəmərlə nəql oluna bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclasından sonra brifinqdə deyib.

Nazir bildirib ki, "Kaşaqan", "Tengiz", "Karaçaqanaq" yataqlarında hasilatın artırılacaq:

"2022-2023-cü illərdə biz "Tengiz" yatağından hasilatı ildə 12-13 milyon tona çatdırmağı planlaşdırırıq".