Azərbaycanda ən populyar avtomobillər hansılardır?


Digərləri 09 Okt 2019 19:07:00 267 0

Azərbaycanda ən populyar avtomobillər hansılardır?

Bu ilin əvvəlindən Azərbaycanın avtomobil bazarında "KIA", “Hyundai” və “Toyota” avtomobilləri daha çox populyar olub

Bakı. Mətanət Nəsibova - Bu ilin əvvəlindən Azərbaycanın avtomobil bazarında "KIA", "Hyundai" və "Toyota" avtomobilləri daha çox populyar olub. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, hesabat dövründə müştərilər ən çox bu markalara üstünlük verib: "Yerli avtomobillərə hələlik Azərbaycanda böyük tələbat yoxdur. Yerli yığım olan "Peugeot" avtomobillərinə qəbulolunan qiymətinə baxmayaraq (təxminən 16 min manat) əhali arasında böyük tələbat yoxdur".