Tehranda Azərbaycanla İran arasında əməkdaşlıq müzakirə edilib


Digərləri 09 Okt 2019 18:58:00 296 0

Tehranda Azərbaycanla İran arasında əməkdaşlıq müzakirə edilib

İki ölkə arasında əməkdaşlığın gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

Bakı. Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əlaqələr daim inkişaf edir, eyni zamanda əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi diqqətdə saxlanılır. Trend-in məlumatına görə, bu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Tehranda İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşündə vurğulanıb. Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin keçirdiyi görüşlərin və qarşılıqlı rəsmi səfərlərinin Azərbaycan-İran əlaqələrinin yüksələn xətlə inkişaf etməsinə səbəb olduğu vurğulanıb. Azərbaycan və İran prezidentləri arasında son 5 ildə 12 görüş keçirildiyi, demək olar ki, hər il qarşılıqlı səfərlər etdikləri bildirilib. Ölkələrimizin ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığının inkişafından bəhs olunub. Bu sahədə müsbət göstəricilərdən biri olaraq, 2018-ci ildə iki ölkə arasında ticarət döviyyəsinin 74 faiz artdığı qeyd edilib. Eyni zamanda, investisiya əməkdaşlığının genişləndiyi, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın əlaqələrin inkişafında uğurlu fəaliyyəti vurğulanıb. Komissiyanın aidiyyəti istiqamətlərdə iki ölkənin qarşılıqlı faydalı əlaqələrinin genişlənməsi üçün apardığı mühüm işlər qeyd edilib, çoxsaylı əməkdaşlıq sənədlərinin imzalandığı vurğulanıb.