Bakıda bu rayonlardan internetə daha çox giriş olur


Digərləri 09 Okt 2019 18:44:00 434 0

Bakıda bu rayonlardan internetə daha çox giriş olur

Bakıda internet istifadəçilərinin sayı çox olan rayonlar məlum olub.

Son.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Trend-ə paytaxt üzrə ən çox internetdən istifadə edən ilk üç rayonun adını açıqlayıb.

Məlumata görə, "Baktelecom"un xidməti ərazisinə daxil olan Yasamal, Nizami və Sabunçu rayonlarında internet abunəçilərinin sayı çoxluq təşkil edir.

Respublika üzrə isə "Aztelekom" abunəçilərinin sayı Abşeron rayonu, Gəncə şəhəri, Sumqayıt şəhərlərində daha çoxdur.

(adsgarden = window.adsgarden || []).push({});