İki milyarddan çox insan işığa “kor baxır”


Digərləri 09 Okt 2019 18:39:00 263 0

İki milyarddan çox insan işığa “kor baxır”

Dünyada ən azı 2.2 milyard insanın görmə qüsuru və ya korluğu var.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ümümdünya Səhiyyə Təşkilatının hesabatında bildirilib.

Məlumata görə, görmə qüsuru olan 2.2 milyard insandan bir milyarddan çoxu uzaq görmə, yaxın görmə, qlaukoma və kataraktdan əziyyət çəkir.

Qlaukomanın və yaşla əlaqədar makula degenerasiyasının yayılmasında Azərbaycan, Gürcüstan, Ermənistan, Əfqanıstan, Çin, İran, İndoneziya, Livan, Suriya, Türkiyə, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan və digər ölkələrin adları keçir.

Həmçinin, dünyanın əksər ölkəsində yaxın görmə problemi, orta ağırlıqda görmə və ya korluq müşahidə edilir.

(adsgarden = window.adsgarden || []).push({});